İşin təsviri
                
                
                                
                Namizədə tələblər:
	- Ali təhsil (İR üzrə, iqtisadiyyat (və ya iqtisadiyyatla bağlı digər sahələr), menecment);
 
	- Əla səviyyədə AR Əmək Məcəlləsini, əmək qanunvericiliyni;
 
	- İR-na aid olan normativ, metodik və digər rəhbər materialları;
 
	- ƏMAS, İSB, Məşğulluq və digər dövlət orqanları ilə işləməyi;
 
	- Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını;
 
	- MS Office (excel biliyi çox vacibdir) proqramlarını;
 
	- İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını;
 
	- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını;
 
	- İnsan Resursları üzrə minimum 2 il iş təcrübəsi;
 
	- Kadrlarla bağlı bütün məlumatları və hərəkətləri 1C 8.3. proqramında aparmaq;
 
	- Səlis Azərbaycan dili biliyi (rus, ingilis dilləri üstünlükdür)
 
	- Yaş həddi 25-35
 
	- Məsuliyyətli, problemi həlletmə;
 
İş barədə məlumat: 
	- ƏMAS sistemində əməliyyatların icra edilməsi;
 
	- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
 
	- Məlumat bazasının mütəmadi yenilənməsi;
 
	- Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
 
	- Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
 
	- Əmək kitabçalarında qeydlərin aparılması;
 
	- Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi;
 
	- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
 
	- Aylıq iş vaxtının uçot tabellərinin hazırlanması və təsdiqlənməsi;
 
	- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
 
	- Əmək haqqı kartlarının sifarişinin verilməsi;
 
	- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
 
	- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
 
	- Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
 
	- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və sair sənədlərin rəsmiləşdirilməsi;
 
	- Əmək haqqı sənədlərinin (Tabel, Məzuniyyət cədvəlləri və sair) hazırlanması;
 
	- İşçilərin giriş-çıxışını xüsusi proqram vasitəsilə nəzarətdə saxlamaq və uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək;
 
Sair məlumat:
	- İş yeri: Babək pr 44A 
 
	- İş qrafiki/saatı : Bazar ertəsi - Şənbə, 09:00 - 18:00 (Şənbə günü qısa iş günü) 
 
	- Əmək haqqı:900 Azn
 
CV-ləri mail ünvanına göndərməyiniz xahiş olunur.
Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.