Mühasib

  • TLC Group
  • Elanın qoyulma tarixi: 14.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali İqtisadi Təhsil (Mühasibatlıq ixtisası üzrə olması üstünlükdür) ;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (Digər dil bilikləri əlavə üstünlükdür);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • 1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
  • E-taxes.gov.az və digər hökümət portallardan yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
  • Dövlət hesabatların tərtib olunması; 
  • Məsuliyyətli, dəqiq və peşəkar;
  • Yüksək səviyyədə yazışma bacarığı;

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, rəsmiləşdirir;
  • Cəmiyyət üzrə  debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu  aparır;
  • Aylıq əmək haqqını, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri ilə bağlı müavinətləri hesablayır və ödənişləri həyata keçirir;
  • Bank sənədlərini tərtib edir, müvafiq ödənişləri həyata keçirir;
  • Kassa uçotuna nəzarət edir;
  • Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
  • Lazimi dövlət orqanlarına bəyannamələr və hesabatları vaxtı vaxtında hazırlayıb təqdim etmək;
  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarətini təşkil edir;
  • Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatlar hazırlamaq;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti- 3 ay;
  • İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi; 
  • Əmək haqqı NET 1500 azn. 

Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Mühasib” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.