İşin təsviri
Namizədə aid tələblər:
- Tam orta təhsil(ali təhsil üstünlükdür);
- Azərbaycan və Rus dillərini bilmək;
- Microsoft Office proqramlarını bilmək;
- Dəqiq və məsuliyyətli olmaq.
Əsas vəzifə və öhdəliklər:
- Görüşləri planlaşdırmaq, tədbirlər təqvimini nəzarətdə saxlamaq və xatırlatmalar göndərmək;
- Sənədlərin surətini çıxarmaq, skan etmək və qeydlər aparmaq;
- Ofis ləvazimatlarını sifariş etmək , həmçinin poçt və kuryer xidmətlərini idarə etmək;
- Ən yaxşı biznes iş təcrübəsinə və etiket qaydalarına riayət etmək;
- Telefon zənglərini və elektron məktubları cavablandırmaq;
- Əla ünsiyyət bacarığı vasitəsilə müştəriləri düzgün yönləndirmək;
- Rəhbərliyin qonaqlarını qarşılamaq;
- Rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim etmək;
- Daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırmaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
- Əmək haqqı NET 400 AZN
Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Qeydiyyatçı” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.