Logistika üzrə mütəxəssis

  • TLC Group
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Logistika və Nəqliyyatda Daşımaların Təşkili,İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə);
  • Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
  • Microsoft Office proqramları;
  • Sahəsində minimum 2 il iş təcrübəsi;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
  • Hesabat hazırlama bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
  • Xarici idxal/ixrac qanunvericiliyini bilmək;
  • Yalnız xanım işçi tələb olunur.

Vəzifə Öhdəlikləri:

  • Beynəlxalq Logistika işinin təşkili və idarə edilməsi; 
  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində  xarici əlaqələrin təşkili;
  • Beynəlxalq yüklərin daşınmasına nəzarət etmək və optimal nəqliyyat şirkətlərinin seçilməsini təmin etmək;
  • Beynəlxalq bazar araşdırmasını təşkil etmək, təchizatçılarla görüşmək;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə uzunmüddətli əlaqələrin yaradılması;
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
  • Görülən işlərin hesabatını hazırlamaq, sığorta və daşınma xərclərinin ödənişə verilməsi və təqibini aparmaq.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti- 3 ay;
  • İş saatı 9:00-dan - 18:00-dək; 5 günlük iş rejimi; 
  • Əmək haqqı NET 1000 azn. 3 ay sonra maaş artımına baxılacaq.
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu 

Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Logistika üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.