Baş mühasib

  • MJ Finance
  • Elanın qoyulma tarixi: 14.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Şirkətin Baş ofisinin/filiallarının mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirir;
  • Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatının məlumatlarını müqayisə edir və onları yoxlayır;
  • Mühasibat uçotunun müvafiq sahəsində sənədlərin qəbulu uzrə ilkin yoxlamanı həyata keçirir və hesablaşma prosesinə hazırlıq görür;
  • Təsərrüfat əməliyyatlarının mühasibat hesabatlarında, gəlir və xərclərin formalaşmasında dəqiq və vaxtlı-vaxtında öz əksini tapmasını təmin edir;
  • Şirkətin Baş ofisində/filiallarında mühasibat prosedurlarına riayət edilməsinə nəzarət edir;
  • İlkin mühasibat sənədlərinə nəzarəti həyata keçirir;
  • Ödəniş və hesablaşma öhdəliklərinin rəsmiləşdirilməsi qaydalarına nəzarət edir;
  • Pul vəsaitlərinin, əsas vəsaitlərin və maddi əşyaların inventarlaşmasını həyata keçirir;
  • Şirkətin filiallarında maliyyə və kassa nizam-intizamının uyğunluğuna nəzarət edir;
  • Şirkətin işçilərinə əmək haqqının verilməsini həyata keçirir;
  • Vergilər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) hesabatların təqdim edilməsini təmin edir;
  • Statistika hesabatlarının, ƏƏSMN və Vergilər Nazirliyinə hesabatların düzgün və vaxtlı-vaxtında verilməsini həyata keçirir;
  • Şirkətin maliyyə vəsaitlərinin düzgün şəkildə istifadə edilməsinə yönələn tədbirlərin hazırlanmasında iştirak edir;
  • Əsas vəsaitlərin, az qiymətli malların və qeyri-maddi ehtiyatların mühasibat uçotunda düzgün əks olunmasına nəzarət edir;
  • Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasına nəzarəti həyata keçirir;
  • Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanması.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Peşəkar mühasibat setrtifikatının (PMS - MHBS) olması mütləqdir;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi, Bank və BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili üstünlükdür.

İş barədə məlumat:

  • Əmək haqqı: 2000 AZN
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: 09.00-18.00 

CV-lərinizi “Baş mühasib” başlığı altında e-mail ünvanına göndərməyiniz xahiş olunur.