İnsan resursları üzrə mütəxəssis

  • Amina and S Group
  • Elanın qoyulma tarixi: 12.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
  • Aylıq hesabatların hazırlanması;
  • İnsan Resursları əməliyyatlar istiqamətinə aid olan prosedurların hazırlanması və ya yenilənməsi;
  • Əmək haqqı araşdırılmalarının aparılması və analizi;
  • Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək;

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • 25-35 yaş; 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Rus və ingilis dili bilikləri üstünlükdür; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;

Şəxsi keyfiyyətlər:

  • Nitqi aydın və səlis olmalı;
  • Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
  • Məsuliyyətli və səbrli olmalı