Biznes İnkişaf Şöbə Müdiri

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 08.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi aparılması;
  • Satış həcmi qazana biləcəyimiz kateqoriya və bazarların araşdırmasını etmək;
  • Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təkliflərini hazırlamaq;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
  • Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək;
  • Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə koordinasiyanı təşkil etmək;
  • Şirkətin strukturu və idarəetmə prinsiplərinə,  subordinasiya və etika qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olumuş planların icrasını təmin etmək;
  • Müsair satış kanalları və satış imkanlarını tətbiq etmək;
  • Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq satış komandasının işinə nəzarət etmək;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil etmək;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
  • Şirkətin strategiyası istiqamətində çalışmaq;

Vəzifə tələbləri:

  • Ali təhsil 
  • Azərbaycan rus və ingilis dillərində sərbəst bilmək;
  • Satış sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
  • Kommunikasiya və təqdimetmə bacarığı;
  • Microsoft Office proqramlarını bilmək;
  • Komanda idarəetmə təcrübəsi 3 il;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
  • Nahar ilə təmin edilmə

 

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes İnkişaf Şöbə Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

İşəgötürənin reytinqi