İnsan resursları üzrə Baş mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Əmək qanunvericiliyinin əsaslarını, normativ, metodik və digər materialları bilməli;
  • İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi bilməli;

İş haqqında məlumat:  

  • Yeni işə qəbul edilən işçilərin bütün sənədləşmə işini təşkil etməli;
  • İşə qəbul zamanı ştat əmrinin hazırlanması,əmək kitabçasına lazımi məlumatların yazılması, şəxsi işlərini hazırlamaq, Elektron İnformasiya Sisteminə əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin daxil edilməsi, hərbi uçot vərəqəsi ilə bağlı məlumatların yazılmalı;
  • Elektron hökumət portalında yeni işçilərin əmək müqavilələrinin bağlanılması, dəyişdirilməsi və xitam verilməsi barədə bildirişlərini qeydiyyata almalı;
  • Əmək haqqı kartı üçün məktubun hazırlanması və banka göndərilməsi;
  • Texniki tədbirlərin görülməsini təmin etmək, işə qəbulla bağlı sənədlər imzalanmalı, elektron ünvan açılmalı;
  • Sınaq müddəti ilə əlaqədar sənədləşmələrin aparılması;
  • Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək, ştat əmrinin hazırlanması,əmək kitabçasına lazımi məlumatların yazılması, İSB üzərindən müqavilələrin təsdiqi, şəxsi işlərə əlavələr etməli;
  • Struktur dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək, ştat əmrinin hazırlanması, İSB üzərindən müqavilələrin təsdiqi;
  • İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etməli;
  • İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək, əmrlərinin verilməsi, nömrələnməsi;
  • Struktur bölmələr üzrə tabellərinin hazırlanması və təsdiqlənməsi;                  
  • Yeni işə qəbul olunacaq əcnəbi vətəndaşların iş icazəsinə müraciətin hazırlanması və İş icazəsinin uzadılması ilə bağlı sənədləşmələrin hazırlanmalı;
  • İşçilərin istehsalatda bədbəxt hadisələrə qarşı icbari sığortası barədə müvafiq qurumlara yazılı məlumat verməli;
  • İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmalı;
  • Əmək kitabçalarının qeydiyyatını aparmaq və müvafiq hissələrini doldurmalı;
  • İşçilərin sertifikasiya planını hazırlamaq və bu plana nəzarət etməli;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.Email-in mövzu hissəsində “İnsan resursları üzrə Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi