Pəraknəndə satış üzrə sığorta məsləhətçisi-təcrübə proqramı

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 18-45
  • Təhsil: Natamam Ali və Ali
  • İş təcrübəsi: Satış sahəsi üzrə təcrübə arzuolunandır. Müştəri xidmətləri, satış sahəsində olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili – arzu olunandır
  • MS Office proqramları ilə işləmək bacarığı

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
  • Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək

İş şərtləri:

  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları vəmilli hüzn günü qeyri-iş günləridir)
  • İş yeri Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 16

Biz sizə nə təklif edirik?

  • Karyera və inkişaf üçün əla fürsətlər
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
  • Fəaliyyətə əsasən artan əmək haqqı
  • Yenilikləri tətbiq etmək bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri xahiş olunur.