Sətəm üzrə mütəxəssis

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 05.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət etmək.
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi;
  • Yeni işə qəbul olunanlarla, qonaqlara,  istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramının hazırlanması və təlimat verilməsi;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparıb  dərhal məlumat verilməsi;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edilməsi;
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasının təşkil edilməsi;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanması;
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirilməsi;
  • Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilməsi.
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməli;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;. 
  • Komandada işləmək bacarığı;
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik.

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Sətəm üzrə mütəxəssis" qeyd edərək elektron ünvanına göndərə bilərlər.