İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satınalma sahəsində 1 ilə qədər təcrübə arzuolunandır;
- Rus və ya ingilis dilini yaxşı səviyyədə bilməli;
- MS Excel və MS Word proqramları ilə işləmə bacarığı olmalı;
- 1C proqramı ilə təcrübə arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişləri üzrə bazar araşdırmasının aparılmasında dəstəyin göstərilməsi;
- Sifarişin spesifikasiyasının dəqiqləşdirilməsi;
- Baza kriteriyaları üzrə sifarişlərin qruplaşdırılması;
- Tədarükçülərlə müqavilələrin hazırlanmasında dəstəyin göstərilməsi;
- Sifarişlərin statuslarının qeyd olunması;
- Mütəxəssislərin nəzarəti altında 1C əməliyyatlarının icra edilməsi;
- Malların tədarükçüdən təhvil alınması və ofisə/anbara təhvil verilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 500 – 550 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə assistent” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.