İşin təsviri
                
                
                                
                İşin təsviri: 
	- Bütün maliyyə-mühasibat əməliyyatlarının uçotunun həyata keçirilməsi və 1C əməliyyat sisteminə daxil edilməsi
 
	- Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması
 
	- Daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması və 1C əməliyyat sisteminə işlənməsi
 
	- Satışlar üzrə sənədlərin hazırlanması və qaimələrin təqdim olunması
 
	- Maliyyə hesabatları hazırlanması, mənfəət və zərər hesabatları
 
	- Xəzinə əməliyyatlarının icrası
 
	- Pul vəsaitləri üzrə daxilolmaların 1C əməliyyat sisteminə işlənməsi və ödəmələrin icrası
 
	- Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası
 
Namizədə tələblər:
	- Müvafiq sahə üzrə təhsil
 
	- Mövcud sahədə ən az 5 il təcrübəsi 
 
	- MS Office, xüsusilə Excel bilikləri
 
	- e-taxes və internet bankig sistemlərində işləmə bacarığı
 
	- 1C proqramında sərbəst işləmə bacarığı (əla)
 
	- Məsuliyyətli, dəqiq və peşakar
 
	- Rus dili (arzuolunandır)
 
	- Cins : qadın/kişi
 
Şərtlər:
	- İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 17:00-dək,şənbə günü 09:00-15:00
 
	- İş yeri- Dərnəgül pr. Z.Bünyadov 71C
 
	- Əmək haqqı 1200 AZN (başlanğıc)
 
	- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; 
 
CV-ləri mail ünvanına göndərməyiniz xahiş olunur.