Marketinq meneceri (xanım)

  • Gerso Travel
  • Elanın qoyulma tarixi: 22.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketinq fəaliyyətinin təşkili
  • Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanması və həyata keçirilməsi
  • Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında xidmətlərin tanıtımını həyata keçirmək
  • Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması
  • Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq
  • Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi

Namizədə tələblər:

  • Xanım namizəd olmalı
  • Marketinq sahəsində azı 3 il təcrübə
  • Düzgün şifahi nitq qabiliyyəti və xoş görünüşlü
  • Ünsiyyətcil, aktiv olmaq və komanda ilə işləmə bacarığı
  • Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək
  • İş həyatında aktivlik
  • Punktuallıq
  • Analitik düşünmə qabiliyyətinə malik
  • Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq

İş yeri: Bakı

İş rejimi: 5 günlük

Əmək haqqı: 1500-2500 AZN (müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq təkrar nəzərdən keçirilə bilər.)

İş müraciəti üçün şəkilli CV-ni email ünvanına göndərə bilərsiniz.