Incoming turizmi üzrə menecer

  • Gerso Travel
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Incoming manager olaraq, siz beynəlxalq müştərilərimiz üçün tur paketləri və turist marşrutların planlaşdırılması və həyata keçirilməsində mühüm rol oynayacaqsınız. Siz bizim satış, marketinq və əməliyyat komandalarımızla sıx əməkdaşlıq edərək, müştərilərimizin səyahət təşkilinin bütün aspektlərinin qüsursuz şəkildə yerinə yetirilməsini təmin edəcəksiniz. İdeal namizəd güclü ünsiyyət, problem həll etmə və təşkilatçılıq bacarıqlarına, habelə turizm sənayesində karyera yüksəlişi arzusunda olmalıdır.

  • İş günü ərzində görüləcək işlər:
  • Xarici və yerli turizm sənayesi nümayəndələri ilə əlaqələrin qurulması.
  • Müştərilərdən gələn sorğuların vaxtında və ətraflı cavablandırılması.
  • Turpaketlərin hazırlanması və qiymətlərinin hesablanması.
  • Qonaqların yerləşmə, qidalanma, gəzinti və digər xidmətlərinin bron olunması və turun gedişatına nəzarət.
  • Xarici turizm bazarlarının araşdırılması və yeni partnyorların əməkdaşlığa cəlb olunması

Tələblər:

  • Azərbaycan və İngilis dillərində və ya Azərbaycan və Çin dillərində sərbəst yazma, oxuma və danışma bacarığı
  • Komputer proqramlarında sərbəst işləmək bacarığına malik olması ( xüsusilə Microsoft Word və Microsoft Excel)
  • Məsuliyyətli və işgüzar olmaq.
  • Komanda ilə işləmə və mühitə tez uyğunlaşma
  • Ünsiyyət qurma bacarığına malik olması
  • Stresə dözümlülük

Əmək haqqı müsahibə zamanı razılaşma yolu ilə təyin olunacaq.