Risklərin idarə edilməsi üzrə menecer

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.)

Tələblər:

  • Biznesin idarə edilməsi, Sənaye İqtisadiyyatı, Sənaye Mühəndisliyi, Maliyyə, Əməliyyatların İdarəedilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür),
  • Tikinti materialları və ya digər istehsal sənayesi sahəsində risklərin idarə edilməsi üzrə təcrübə,
  • Maliyyə, texniki və hüquqi risklərin qiymətləndirilməsi üzrə biliklər,
  • Yüksək səviyyədə analitika və problem həlletmə bacarığı,
  • Güclü ünsiyyət və təqdimat bacarıqları,
  • Risklərin idarə edilməsi sahəsində sertifikatların olması üstünlükdür.
  • Risklərin idarə edilməsi vasitələri və proqramları bağlı məlumatlı olmaq üstünlükdür.

Vəzifə və öhdəliklər:

  • İstehsal, logistika, hüquq, kommersiya və maliyyə əməliyyatları daxil olmaqla, təşkilatın müxtəlif funksiyaları üzrə hərtərəfli risklərin qiymətləndirilməsi prosesini aparmaq və koordinasiya etmək;
  • Risklərin idarə edilməsi təcrübələrini strateji məqsədlərin müəyyən edilməsi və icrasına inteqrasiya etmək üçün şöbə rəhbərləri və funksiyalararası komandalarla sıx əməkdaşlıq etmək;
  • Risklərin azaldılması strategiyalarına, əməliyyat nəzarətinə, biznesin davamlılığına və fövqəladə hallardan sonra bərpa planlarına nəzarət etmək;
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək, fövqəladə hallara və ya gözlənilməz hadisələrə sürətli və effektiv cavab tədbirləri təmin etmək üçün hadisələrin idarə edilməsi planını hazırlamaq;
  • Rəhbərlik və İdarə Heyətinin Risk Komitəsi üçün əsas riskləri və tövsiyə olunan tədbirləri vurğulayan müntəzəm risklərin idarə edilməsi hesabatları və təqdimatları hazırlamaq;
  • Stress testi, ssenari təhlili və risk modelləşdirmə də daxil olmaqla maliyyə, kommersiya, texniki və hüquqi risklərin idarə edilməsi çərçivəsini nəzərdən keçirmək;
  • Risklərin idarə edilməsi strategiyalarını şirkətin maliyyə və digər məqsədlərinə uyğunlaşdırmaq üçün Baş Kommersiya Direktoru və Baş Maliyyə Direktoru ilə, eləcə də maliyyə komandası ilə əməkdaşlıq etmək; Texniki və istehsalla əlaqəli risklərin idarə edilməsində son tendensiyalarla bağlı Əməliyyatlar üzrə Baş Direktor ilə əməkdaşlıq etmək; Qanunvericilikdə baş verən dəyişikliklər və məhkəmə prosesləri ilə bağlı risklər üzrə Baş Hüquqşünas ilə əməkdaşlıq etmək;
  • Hedcinq strategiyaları və digər risklərin ötürülməsi mexanizmləri daxil olmaqla, bütün əməliyyat riskləri üçün sığorta təminatını qiymətləndirmək və tövsiyələr vermək;
  • İşçilərə risklərin idarə edilməsi üzrə ən yaxşı təcrübələr və fövqəladə hallara cavab tədbirləri ilə bağlı təlimlər və təlimatlar vermək;

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 03.12.23

İşəgötürənin reytinqi