Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Gündəlik və digər tələb olunan analitik hesabatların hazırlanması (excel və s. proqramlarda);
  • Likvidlik və valyuta mövqeyi risklərinin təhlili;
  • Likvid vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinə dəstək; 
  • Likvidliyin planlaşdırılması və monitorinqi üçün biznes sahələri ilə müzakirələrin aparılması;
  • ALM-lə bağlı yeni biznes məhsullarının təhlili;
  • Likvidliyin idarə olunması məqsədi ilə qaydaların və tənzimləyici orqanların təhlili;
  • Filialların biznes fəalliyyətinin idarə olunması və tövsiyələrin verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər (formulalar, məntiqlər, shortcuts və s.);
  • Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
  • SQL və Data management üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi