Kadrlar üzrə mütəxəssis

İşin təsviri

Vəzifələr:

  • Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;   
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və sair sənədlərin rəsmiləşdirilməsi;
  • Qanunvericiliyin tələblərinə uyğun bütün əmrlərin hazırlanması;
  • Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi;
  • Vəzifə təlimatlarının hazırlanmasında iştirak; 
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq ;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Aylıq, rüblük və illik hesabatların tərtib edilməsi rəhbərliyə  və mühasibatlığa təqdim edilməsi;
  • Əmək haqqı sənədlərinin (Tabel, Məzuniyyət cədvəlləri və sair) hazırlanması.
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi;
  • Əmək Məcəlləsi və müvafiq qanunvericiliklə bağlı rəhbərlərə və işçilərə məsləhətlərin verilməsi;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
  • İşçilərin giriş-çıxışını xüsusi proqram vasitəsilə nəzarətdə saxlamaq və uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək;
  • Qanunvericiliklə üzərinə düşən vəzifələri vaxtında yerinə yetirmək;

Tələblər:

  • 35-45 yaş aralığında olan  namizədlər;
  • Müvafiq vəzifədə 10 ildən yuxarı iş təcrübəsi; 
  • Ali təhsil (Kadrlar üzrə, iqtisadiyyat (və ya iqtisadiyyatla bağlı digər sahələr),hüquq, menecment);
  • Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı; 
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi yüksək  səviyyədə  bilməli;
  • İşi ilə əlaqəli Vergi məcəlləsinin müvafiq maddələrini bilməli;
  • Məşğulluqla bağlı qanun və qaydaları bilməli;
  • ƏMAS sistemində sərbəst işləyə bilməli;
  • Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
  • Məsuliyyətli, stressə davamlı

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 5 iş günü, saat 09.00 –dan  18.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
  • Sabit əmək haqqı və faiz

Qeyd: İş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə email ünvanına göndərməyiniz xahiş olunur.

Xaqani Ticarət Mərkəzi tərəfindən digər vakansiyalar