Mühasib (xidmət sahəsi üzrə)

İşin təsviri

Vəzifələr:

  • Mühasibat və vergi uçotunun aparılması;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Əmək haqqı, məzuniyyət  haqqlarinın  hesablanması;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının  aparılması;
  • E-Qaimə Faktura  və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
  • Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
  • Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Tələblər:

  • 25-50 yaş aralığında olan  namizədlər;
  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
  • Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı; 
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
  • Mühasibat hesablaşmaları 
  • Vergi və əmək  məcəllələrini  yüksək  səviyyədə  bilməli  
  • 1.C 8.2  Proqramında  yüksək  səviyyədə  işləmə bacarığı
  • İş təcrübəsi: müvafiq vəzifədə  3 ildən  yuxarı 
  • Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
  • Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə  5 iş günü,  saat  09.00 –dan  18.00-dək,  şənbə və  bazar   günləri  istirahət  günləridir.
  • Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir. (Sahil metrosunun ətrafında yerləşir)

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək  öz  CV lərini mükəmməl şəkildə email ünvanına göndərməyiniz  xahiş olunur.

Xaqani Ticarət Mərkəzi tərəfindən digər vakansiyalar