Korporativ katib

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 03.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Müşahidə Şurasının bütün üzvləri ilə səmərəli işləmək, onlara qərəzsiz məsləhətlər vermək və bankın məqsədlərinə uyğun hərəkət etmək;
  • Müşahidə Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək, onunla birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək (məsələn, Müşahidə Şurası və onun komitələrinin fəaliyyətinin qiymətləndirilməsi) və bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən etmək;
  • Müşahidə Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin etmək, o cümlədən təlimlər təşkil etmək və peşəkar inkişafına dəstək göstərmək;
  • Müşahidə Şurası üzvlərinin vəzifə öhdəliklərini effektiv icra etməsi üçün müstəqil kənar ekspert xidmətinə çıxışı təmin etmək;
  • Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
  • Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
  • Bank tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin etmək;
  • İclaslarda müzakirə ediləcək məsələlərə dair müvafiq sənədləri aidiyyəti struktur bölmələrdən əldə etmək və iclas iştirakçılarına təqdim etmək;
  • İclas qərarlarının və görülmüş tədbirlərin hesabatlılığını təmin etmək;

Namizədə tələblər:

  • maliyyə bazarları sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır (banklarda iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsili olmalıdır (bakalavr).
  • Rəhbərlik və digər əməkdaşlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
  • çeviklilik və analitik düşüncəyə malik olmalı
  • əldə edilmiş məlumatları təhlil etmə və düzgün qərar vermə bacarığı 
  • Azərbaycan dilini mükəmməl bilməli (ingilis və rus dili bilikləri arzu olunandır)
  • müxtəlif proqram təminatlarından, eləcə də mətnlərin emalı üçün proqramlardan, elektron cədvəllərdən, məlumat bazalarından və təqdimat məqsədli proqram təminatlarından istifadə etmək.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: Razılaşma ilə

Ünvan: AZ1110, Bakı şəhəri, Nərimanov r-nu, ak. H.Əliyev küç., 131 “A”, bankın baş ofisi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində "Korporativ katib" qeyd etməklə e-poçt ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətə baxılmaya bilər.