Korporativ Satış Meneceri

  • ABV
  • Elanın qoyulma tarixi: 08.12.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz komandamıza təcrübəli və nəticəyönümlü Korporativ Satış Meneceri axtarırıq!
Əgər siz satış strategiyalarının qurulması, yeni müştərilərlə əlaqələrin yaradılması və bazar imkanlarının dəyərləndirilməsi sahəsində peşəkarsınızsa – bu vəzifə sizin üçündür!

Vəzifə öhdəlikləri:

  • Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
  • Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
  • Satışla bağlı bazar tendensiyalarını və rəqibləri analiz etmək;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender imkanlarını müəyyənləşdirmək;
  • Potensial satış nöqtələrinə ziyarətlər, ehtiyac analizlərinin aparılması;
  • Müştərilərlə görüşlər, təqdimatlar və danışıqların aparılması;
  • Satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq.

Namizədə tələblər:

  • Ali təhsil (biznes, menecment və ya oxşar sahələr üzrə);
  • Korporativ satış sahəsində minimum 2 illik iş təcrübəsi;
  • Videomüşahidə kamera sistemləri, şəbəkə avadanlıqları, IP və TV kameralarının satışı üzrə təcrübə üstünlükdür;
  • Yaş həddi: 30–40;
  • Rus və ya ingilis dillərindən birini yüksək səviyyədə bilməli;
  • Korporativ satış texnikalarına, danışıqlar aparmaq və təqdimat bacarıqlarına sahib olmalı;
  • Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalı.

Biz təklif edirik:

  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Karyera inkişafı və davamlı təlimlər;
  • Rəqabətədavamlı əmək haqqı və motivasiyaedici bonus sistemi.

Maraqlanan namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.