Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunlarının, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət;
  • Ekoloji tarazlığın qorunmasına, təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət;
  • Əlverişli ekoloji vəziyyətin təmin edilməsi və ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə təkliflərin hazırlanması;
  • İstehsalat prosesləri zamanı ətraf mühitə edilən təsirləri müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlər apararaq azaldılması istiqamətində tədbirlər müəyyən etmək;
  • Qeydlər və sənədləşmə işlərinin aparılması, ətraf mühit problemlərinin həllində vətəndaş məsuliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması məqsədilə Cəmiyyətdə çalışan insanların müvafiq təlim proqramları əsasında ekoloji maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi

Tələb olunan biliklər:

  • Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi;
  • Ekoloji normativ sənədlərin hazırlanması;
  • Ətraf mühitin mühafizəsi sahəsində statistikanın aparılması;
  • Beynəlxalq standartların tələbləri;
  • Tullantıların idarə olunması sistemi

Tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil ;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Sərbəst rus dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Yerli və beynəlxalq sertifikatlarını olması üstünlükdür

Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.