Hüquq şöbəsinin mütəxəssisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 25.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Sektorun fəaliyyətini təşkil etmək, sektorun işçiləri arasında iş bölgüsünü müəyyən etmək;
  • Ona verilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyəti təmsil etmək;
  • Şöbə müdirinin və şöbə müdiri müavininin tapşırığına uyğun olaraq baxış üçün təqdim edilmiş Cəmiyyətdaxili İMS sənədlərinin layihələrinin qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsini yoxlamaq və bu istiqamətdə rəy bildirməsini təmin etmək;
  • Əqli mülkiyyət sahəsində zəruri işlərin görülməsini icra olunmasına nəzarət etmək;
  • Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarının hazırlanaraq təqdim edilməsini təşkil etmək;
  • Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq Arayışlar hazırlamaq, mövcud Arayışları qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq və Cəmiyyətdaxili paylaşılması üçün təqdim etmək;
  • Qanunvericiliyin mütəmadi olaraq izlənilməsi, baş verən aidiyyəti yeniliklər üzrə rəhbərinə məlumatların təqdim edilməsini təmin etmək;
  • Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını təmin etmək;
  • Sektorun səlahiyyətlərinə daxil olan məsələlər üzrə və öz səlahiyyəti çərçivəsində dövlət orqanı/qurumlarından, hüquqi və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə Cəmiyyətin adından göndərilən məktub, sorğu və müraciətləri qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə yoxlanılmasına nəzarət etmək, zəruri hallarda nəticəsi barədə rəhbərinə məruzə etmək;
  • Tapşırığa uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda hüquqi arayış və məlumatları hazırlamaq, eləcə də hazırlanmasına nəzarət etmək və nəticələrini aidiyyəti üzrə təqdim etmək;
  • Cəmiyyətin struktur bölmələri tərəfindən hazırlanan Cəmiyyətin fəaliyyətinin tənzimlənməsinə dair əmrlərin ekspertizasını, şöbəyə aid fəaliyyət əmrlərinin hazırlanmasını təşkil etmək;
  • Sektorun işinin təkmilləşdirilməsi ilə bağlı rəhbərinə təkliflər vermək;
  • Sektorun fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanaraq şöbə rəhbərliyinə təqdim olunmasını təmin etmək;
  • Cəmiyyətin iş nomenklaturuna daxil edilməsi nəzərdə tutulan sənədlər Siyahısının hazırlanmasını və siyahının təkmilləşdirilməsini təmin etmək;
  • Hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin və bu qəbildən olan digər sənədlərin icra edilməsinə nəzarət etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı
  • Microsoft Office və ERP üzrə işləmək bacarığı
  • Əməkdaşlıq, məsuliyyətlilik, düzgün analiz bacarıqları, konfliktlərin idarəolunması, təşəbbüskarlıq, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali hüquq təhsili;
  • Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 4 il, idarəetmə təcürbəsi - ən azı 2 il tələb olunur.

İş qrafiki:

  • İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günüdür.

İşəgötürənin reytinqi