İnsan resursları üzrə mütəxəssis (Sosial məzuniyyət yerinə)

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək müqavilələrinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı əməliyyatları icra etmək;
  • Əməkdaşların şəxsi işlərində tələb olunan sənədlərin təmin olunmasını həyata keçirmək;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və zəruri tapşırıqları icra etmək;
  • Rəhbərliyin tələb etdiyi işlərin icrasını təmin etmək.

Xüsusi tələblər:

  • Ali təhsil;
  • Minimum 1-2 il rəsmi iş təcrübəsi (Kadr kargüzarlığı, insan resursları əməliyyatları üzrə təcrübənin olması mütləqdir);
  • Əmək qanunvericiliyi üzrə biliklər;
  • ƏMAS portalından sərbəst istifadə etmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərə bilərlər. 

Son müraciət tarixi: 25.10.2023

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.