İnsan Resursları üzrə Biznes Tərəfdaş

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil; (Sosyologiya, Psixologiya, İnsan Resursları üzrə üstünlükdür)
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Office bilikləri;
  • Dil bilikləri - ana dili səlist (İngilis dili üstünlükdür);
  • Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri;

Vəzifə öhdəlikləri:

  • Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Namizədlərlə ilkin müsahibələri keçirmək;
  • Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
  • Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
  • İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
  • İş analizinin aparılması və iş gücü planlaması;

Təminatlar:

  • Servis xidməti;
  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər "İnsan Resursları üzrə Biznes Tərəfdaş" adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi