Marketinq şöbəsinin assistenti

İşin təsviri

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
  • Daimi olaraq daşınmaz əmlak bazarının trendlərini izləmək və işdə tərtib etmək;
  • Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
  • Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
  • Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
  • Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
  • İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
  • Tərəfdaş şirkətlərə ödənişlərin vaxtında həyata keçirilməsini idarə etmək;
  • OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini  həyata keçirmək;
  • Rəhbərlik tərəfindən həvalə olunan tapşırıqları yerinə yetirmək;

Tələblər:

  • Ali təhsil (Biznes,Marketinq və ya Kommersiya sahələrindən biri üzrə);
  • Brend və ya reklam işi sahəsində 1 il iş təcrübəsi (daşınmaz əmlak üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • Analiz və təhlil bacarığı;
  • Problem həlli bacarıqları;
  • Təqdimat hazırlama bacarığı;
  • İcarə sahəsində kontent yaratmaq bacarığı.

CV-nizi mövzu bölməsində “Marketinq şöbəsinin assistenti” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.

Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi