SƏTƏM rəhbəri

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 16.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • İstehsalat zədələnmə və xəstəliklərin vəziyyətinin təhlili və onların qarşısını almaq üçün tədbirləri hazırlayıb həyata keçirimək.
  • Müvafiq struktur bölmələrinin nümayəndələrilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu yoxlamaq.
  • SƏTƏM idarəetmə sisteminin tətbiqi üçün sənədlərin hazırlanması
  • SƏTƏM statistikasını saxlamaq, hərəkətləri, qeydləri izləmək üçün sistemin hazırlanmasına və yoxlanılmasına cavabdehdir.
  • Hökumətin tələblərini təhlil etmək və onun düzgün yerinə yetirilməsi barədə məsləhət vermək
  • Şirkətin Milli və Beynəlxalq standart və tələblərinə əsaslanan SƏTƏM sənədlərinin hazırlanması
  • Təxliyə planının hazırlanmasında iştirak etmək və işçiləri məlumatlandırmaq
  • İstehsalat ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini nəzarətdə saxlamaq, yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olmasını təşkil etmək
  • Zədələnmə və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər struktur bölmələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması və həyata keçirimək.
  • İşçiləri tibbi müayinəyə göndərilməsini təşkil etmək.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası: Hər hansı bir texniki ixtisas üzrə arzuolunnadır
  • İş təcrübəsi (minimum): SƏTƏM sahəsində minimum 5-7 il təcrübə. İstehsalat üzrə 2 ildən az olmayan təcrübə
  • Dil bilikləri: Azərbaycan və Rus (İngilis dili arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft office proqramlarını
  • Sertifikat/Vəsiqə: Sağlamlıq və Təhlükəsizlik İdarəçiliyi (NEBOSH)
  • Digər zəruri tələblər: Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s)

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Nizam-intizam
  • Planlama və təşkil etmə
  • Etik davranış
  • Detallara diqqət
  • Məsuliyyət 
  • Biznes yönümlülük
  • Peşəkarlıq
  • Dürüstlük
  • Problem analiz etmə

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində SƏTƏM rəhbəri qeyd etməyiniz xahiş olunur