Təchizat üzrə kiçik mütəxəssis

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 13.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
  • Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması;
  • Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət edilməsi;
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
  • MS Office, xüsusilə Excel proqramını əla bilmək;
  • Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
  • Problemləri operativ həll etmək;
  • Yüksək ünsiyyət bacarığı;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

İşəgötürənin reytinqi