İnsan Resurslarının İnkişafı üzrə Mütəxəssis

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 12.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan dili - səlis, ingilis dili - orta;
  • MS PowerPoint-də sərbəst işləməyi bacarmalı;
  • Komandada işləməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin əməkdaşlarının təlim və tədrisləri ilə bağlı proseslərin idarə edilməsi;
  • İşçilərin təlim ehtiyacının müəyyənləşdirilməsi;
  • Daxili və xarici təlimlərin koordinasiyası;
  • Mütəmadi olaraq təlim cədvəlinin hazırlanması və məlumat bazasının yenilənməsi;
  • Təlimdən sonra qiymətləndirilmənin aparılması və nəticələr haqda hesabatın tərtib edilməsi;
  • Cəmiyyət daxili tətbiq olunan təcrübəçilər proqramının təşkili və idarə edilməsi;
  • Əməkdaşların karyera inkişafı üzrə prosesin idarə edilməsi;
  • Yeni işə götürülən əməkdaşlara giriş təliminin koordinasiya edilməsi və istiqamətləndirilməsi;
  • İşçilərin attestasiyasının təşkil edilməsi və yekun hesabatın tərtibi

İş şərtlərimiz:

  • Əmək haqqı: 970-1108 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resurslarının İnkişafı üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi