İT (informasiya texnologiyaları) mütəxəssisi

İşin təsviri

Əmək funksiyası:

  • Təşkilatın informasiya infrastrukturunun düzgün və səmərəli fəaliyyətinə cavabdehlik;
  • Təşkilatın informasiya təhlükəsizliyinin həyata keçirilməsinə cavabdehlik;
  • Avtomatlaşdırma şöbəsinin və təşkilatın digər bölmələrinin işçilərinin işinin əlaqələndirilməsinə cavabdehlik;
  • Kompüterlərin və kompüterin periferik qurğularının işinə nəzarət etmək;
  • Proqram təminatının inkişafı və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
  • Təşkilatın fəaliyyəti haqqında məlumatların toplanması, nəzarəti, konsolidasiyası və saxlanmasının avtomatlaşdırılması sisteminin yaradılması;
  • Üçüncü tərəflərlə məlumat mübadiləsi;
  • Təşkilatın fəaliyyətinin informasiya-analitik və normativ-arayış təminatı;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır