Laboratoriya müdiri

İşin təsviri

Əmək funksiyası:

  • Keyfiyyət sisteminin qurulması, nəzarəti və işçilərin idarə olunması;
  • Sudan keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
  • Laboratoriya təhlillərini aparılmasına və onun  nəticələrinin  təhlil jurnallarında qeyd edilmədinə nəzarət;
  • Uyğunsuz məhsul üzrə düzəliş hallarını həyata keçirilməsinə və təkrar yoxlanılmasına nəzarət;
  • Nümunələrin saxlanması təlimatına uyğun saxlanmasına nəzarət;
  • Sahənin qüvvədə olan standart və texniki şərtlərinə nəzarət etmək;
  • İş planına əsasən növbə ərzində edilən laboratoriya analizlərinin hesabatını hazırlamaq;
  • Daxili nizamnamə qaydaları və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri, öhdəlikləri vaxtında və  keyfiyyətlə yerinə yetirmək;
  • Analiz metodlarının müəyyən edilməsini, formaların tərtib edilməsini, iş təlimatlarının hazırlanmasını təşkil etmək;
  • Laboratoriya qeydlərinin yığılması, mühafizə edilməsi, gizli tutulması və arxivə göndərilməsini təmin etmək;
  • Laboratoriyanın akkreditasiya sənədlərini hazırlamaq və baş verən yeniliklərin həmin sənədlərdə əks olunmasını təmin etmək;
  • Laboratoriyada istifadə olunan ölçü vasitələrinin, cihazların vaxtaşırı dövlət sınağından və kalibrləmədən keçirilməsini təmin etmək;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
  • Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi.

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.