Mikrobioloq

İşin təsviri

Əmək funksiyası:

  • Avadanlıqların sanitar vəziyyətinin yoxlanması və mikrobioloji analizlərin olunması;
  • Qida məhsullarının, içkilərin və s. mikrobioloji analizlərinin aparılması;
  • Analiz ediləcək qida məhsullarının normativ sənədlərinə və sanitariya-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
  • Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi;
  • Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
  • Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi;
  • Mikrobioloji zərurət halı olan xammalın analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlaması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə “Mikrobioloq” yazıb [email protected], [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

Linkə daxil olaraq CV formasını doldura bilərsiniz: https://www.xan.az/elaqe-vakansiya