Laboratoriya rəisi (Sumqayıt şəhəri)

İşin təsviri

Təsvir

Boru istehsalında məhsulun keyfiyyətini yoxlamaq üçün istifadə olunan sınaq və yoxlama avadanlıqlarının (Ultrasəs müayinəsi, Dartma, zərbə özüllüyü, kimyəvi tərkib, Bərklik və s) texniki xarakteristikalarını bilməli və onları işlətməyi bacarmalıdır.

  • Laboratoriyanın fəaliyyətinə dair tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə.
  • Tabeçiliyində olan işçilərdən verilən tapşırıqları yerinə yetirməyi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə və daxili nizam-intizam qaydalarına riayət etməyi tələb etmək.
  • Laboratoriyasının qarşısında qoyulmuş vəzifə və funksiyaları yerinə yetirmək üçün zəruri olan sənədləri müvafiq struktur bölmələrindən tələb etmək.
  • Ultrasəs müayinəsi üzrə işlərin vaxtında keyfiyyətli yerinə yetirilməsini təmin etmək.
  • Müxtəlif metodlara görə sınaqların aparılması (Mexaniki sınaq metodu, zərbə özüllüyü sınağı, kimyəvi tərkibin müəyyənləşdirilməsi, Metalların möhkəmliyini təyin etmə, yastılama testi və s.)
  • Sınaq metodların işlənib hazırlanması, dəyişikliklər edilməsi, verifikasiyası və validasiyası.
  • Nəticələrin təhlili, o cümlədən uyğunluğun bəyanı, rəylərin və şərhlərin bildirilməsi.
  • Nəticələr barədə hesabatın hazırlanması, onların yoxlanması və təsdiqlənməsi.
  • Metalların mikro və makro strukturlarını analiz edib texniki rəy verilməsini təmin etmək.
  • Sınaq metodlarının son versiyalarına uyğun işçilərin təlimləndirlməsini həyata keçirmək.
  • İSO 17025 standartının tələblərini bilməli və iş prosesinə tətbiq etməlidir.

Tələblər

  • İş yeri: “Baku Steel Company” QSC Azərboru İstehsalat sahəsi (Sumqayıt şəhəri)
  • Təhsil: Ali texniki
  • Xarici dil bilikləri:Azərbaycan dili - ana dili, rus və ingilis dili arzuolunandır
  • Təcrübə: Laboratoriya sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.