Hazır məhsul üzrə laborant

İşin təsviri

Tələblər:

  • XANIM namizədlərə üstünlük verilir
  • Müvafiq sahə üzrə (Kimya, Kimya mühəndisliyi) ali təhsil.
  • İstehsalat sahəsində iş təcrübəsi olanlara üstünlük verilir.
  • Azərbaycan dili sərbəst , Rus və İngilis dili arzu olunandır.
  • MS Office və Outlook proqramlarından istifadə edə bilməli.
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
  • Riyazi biliklərə sahib olmalı.

İş haqqında:

  • Hazır məhsul üzrə analiz və sınaqların aparılması;
  • Hazır məhsuların keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raportların hazırlanması;
  • Laboratoriya təhlillərinin aparılması və onun  nəticələrinin  təhlil jurnallarında qeydlərinin aparılması;
  • Uyğunsuz məhsul üzrə düzəliş hallarını həyata keçirilməsini və təkrar yoxlanılmasını lazımi bölməyə bildirmək;
  • Nümunələrin saxlanması təlimatına uyğun saxlamaq;
  • İş prosesi zamanı yaranan istənilən uyğunsuzluq haqqında birbaşa laboratoriya müdirinə məlumat vermək;
  • İş planına əsasən növbə ərzində edilən laboratoriya analizlərinin hesabatını hazırlamaq;
  • Daxili nizamnamə qaydaları və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri, öhdəlikləri vaxtında və  keyfiyyətlə yerinə yetirmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə 
  • Növbəli iş qrafiki
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Ünvan: Sumqayıt şəhəri
  • İş yerinə servislə çatdırılma 

Namizədlərdən  CV-lərini "Hazır məhsul üzrə laborant" başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.