SƏTƏM üzrə Mütəxəssis

  • Glassica
  • Elanın qoyulma tarixi: 11.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləriniz:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;
  • Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi;
  • Şirkətin bütün  işçi heyətini  təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili;
  • İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi;
  • İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi;
  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi;
  • Ətraf mühitin, tullantıların idarə edilməsi;
  • İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi;
  • Təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət, təhlükəli əməliyyatlara (hündürlük, elektrik,) icazə sənədlərinin olmasının yoxlanılması;
  • Zəruri Təhlükəsizlik Nişanları ilə təmin etmək;
  • Yanğın söndürən balonlarla təmin edilməsinə nəzarət etmək;
  • 6 Aydan bir heyyətin Fərdi Mühafizə Vasitələrini və Alətlərini yoxlamaq, həmçinin şəbəkə əməliyyatlarında çalışan podrat və sub-podratçılarin gördükləri işlərin təhlükəsizlik tələblərinə uyğun görmələrinə nəzarət etmək.
  • Sahədə təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət,iş öncəsi təlimatların verilməsi;
  • Rəhbərliyi həftəlik əsas fəaliyyət hesabatları, təqdimat qeydləri və menecerin tələb etdiyi digər hesabatlarla təmin etmək;
  • İşlərin növləri üzrə təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliklə əlaqədar təlim planlarını, davamlı təlim materiallarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Cəmiyyətdaxili prosedur, qayda, təlimat və digər aidiyyatı sənədləri, fəaliyyət istiqaməti çərçivəsində hazırlamaq

Vəzifənin tələbləri:

  • Ali təhsil (müvafiq sahə üzrə üstünlük təşkil edir); 
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • SƏTƏM üzrə sertifikatlar;
  • Azərbaycan dili (səlis);
  • MS office proqramlarında yüksək işləmə bacarığı;
  • İş öhdəliyindən dolayı 7/24 baş vermiş hadisələrə vaxtında yanaşma və operativ dəstək;
  • SƏTƏM üzrə müvafiq sertifikatlar; 
  • SƏTƏM üzrə təlimatların işlənib hazırlanması;
  • SƏTƏM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini bilmək;
  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını bilməli;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını bilmək;
  • Əməyin təşkilinin əsaslarını bilmək.

İş şəraiti: 

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00-18:00
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Müraciət etmək üçün E-poçtun mövzu hissəsində vəzifənin adının qeyd etməklə CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. 

Glassica tərəfindən digər vakansiyalar