Event Manager

  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilər ilə görüşlər təşkil edir və layihənin müzakirəsini, lazımi məlumatların əldə edilməsini həyata keçirir;
  • Layihə çərçivəsində iş bölgüsü edir, vəzifələri təyin edir;
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
  • Tədbirlərin icrasını həyata keçirir və daimi olaraq nəzarət edir;
  • Fərdi layihələri idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir;
  • Müştəri üçün təqdimatın hazırlayır və keçirilməsini təmin edir;
  • Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
  • Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir
  • Rəhbərliyə maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;
  • Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;

Tələblər:

  • Tədbirlərin təşkil olunması sahəsində təcrübə (min 1-2 il)
  • Vaxtın və büdcənin idarə edilməsi bacarıqları
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • Tədbirlərin idarə edilməsi, turizm, marketinq və ya müvafiq sahədə ali təhsil.
  • Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmək 
  • Tədbirin planlaşdırılması və icrası zamanı strateji və yaradıcı düşünmək bacarığı 
  • Komandada işləmək bacarığı

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin, müraciət etmələri xahiş olunur.