İşin təsviri
Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı: Tikinti-təmir departamenti
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
- Smeta sənədlərinə və cədvəllərinə uyğun olaraq anbar, təchizat və tikinti sahəsinin məsul şəxsləri ilə məlumat mübadiləsi sahəsində qarşılıqlı əlaqəni qurur və idarə edir;
- Mal-material sifarişi və alışı, habelə istifadəsi və silinməsi proseslərinin smeta(lar)a uyğun həyata keçirilməsinə nəzarəti həyata keçirir.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
- Texniki sahədə ali təhsil;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi;
- MS Office, AutoCAD bilikləri;
- İngilis, rus dillərini bilən namizədlərə üstünlük verilir;
Namizədlərdən şəkilli CV-lərini “Smeta üzrə mühəndis” mövzusu ilə göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.