Aparıcı mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim etmək;
  • Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasını təşkil etmək;
  • Kreditor, debitor borclarına nəzarət edilməsi, vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib emək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu həyata keçirmək. Mühasibat uçotu hesabında onların hərəkətinin düzgünlüyünü təmin etmək;
  • Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, operativ məlumatların təqdim  edilməsini təmin etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatını iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək;
  • Mühasiblərin ümumi işlərində köməklik göstərmək və onların işlərinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında tərtib etmək.

Vəzifə tələbləri:

  • Mühasibatlıq, maliyyə, iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, Vergi Məcəlləsi və Əmək Məcəlləsi bilikləri;
  • Beynəlxalq sertifikatların və PMS sertifikatının olması üstünlükdür;
  • 1C mühasibat uçotu proqramınında işləmə bacarığı;
  • MS Office proqramlarından peşəkar istifadə (xüsusilə Excel);
  • Rus və ingilis dilini bilmək üstünlükdür;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Diqqətlilik və məsuliyyətlilik, idarəetmə bacarığı;

Əmək şəraiti:

  • Əmək haqqı: gross 1350 AZN;
  • İş rejimi: 5 günlük (09:00-18:00); 
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Nəqliyyat və naharla təmin etmə.

Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə [email protected][email protected] elektron poçt ünvanlarına göndərə bilərlər. Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edərək Azərbaycan və ya rus dilində tərtib edin. Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur.

VIP Xidmətlər Qrupu MMC tərəfindən digər vakansiyalar