Baş Direktor müavininin köməkçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin Baş direktor müavininin fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək;
  • Cəmiyyətin Baş direktor müavininin göstəriş və tapşırıqlarına müvafiq olaraq, Cəmiyyətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Cəmiyyətin Baş direktor müavininə lazım olan məlumatlar Cəmiyyətin struktur bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
  • Cəmiyyətin Baş direktor müavininin keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
  • Baş direktor müavininin tapşırığı ilə Cəmiyyətin struktur bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə yazılı və ya şifahi şəkildə məruzə etmək;
  • Baş direktor müavininin qərarlarının icrasına nəzarət etmək;
  • Baş direktor müavinin köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Cəmiyyətin işçilərindən tələb etmək;
  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Baş direktora məlumat vermək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq.

Namizədə tələblər:

  • Ali təhsilli;
  • 2-3 il müvafiq iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili və İngilis dili,Rus dili bilikləri;
  • Yazılı, şifahi nitq qabiliyyəti olmalı
  • MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər.

Bacarıqlar:

  • İdarəetmə bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi 
  • İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş direktor müavininin köməkçisi” qeyd etməklə göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.