Biznes proseslərinin və layihələrin idarə olunması şöbəsinin müdiri

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 02.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Müvafiq daxili prosedurların, qaydaların və digər normativ sənədlərin hazırlanmasını həyata keçirmək;
  • Biznes proseslərinin və layihələrin həyata keçirilməsi zamanı müvafiq tələblərə uyğunluğunu təmin etmək; 
  • Siyasət, təlimat, qayda və prosedurların icra olunmasına nəzarət etmək və proses xəritələrini, prosedurların sənədləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
  • Biznes proseslərinin modelləşdirilməsi metodologiyasını hazırlamaq, sistemləşdirmək və optimallaşdırılmasını təmin etmək;
  • Biznes proseslərinin idarə edilməsi, effektivliyinin artırılması və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər planını hazırlamaq;
  • Biznes proseslərinin idarə edilməsi ilə korporativ fəaliyyətin təkmilləşdirilməsi üçün müvafiq addımlar atmaq, proseslərin layihələndirilməsi, icrası və nəzarətində iştirak etmək;
  • Biznes proseslərinin təkmilləşdirilməsi və layihələrin icrası zamanı müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıq etmək;
  • - Təyin olunmuş plana əsasən layihələrin koordinasiyasını və vaxtında icrasını təmin etmək.

Vəzifə tələbləri:

  •  Ali təhsil (Biznesin idarə edilməsi, “MBA” təhsili arzu olunandır);
  • Biznes proseslərinin idarə olunması üzrə 3-5 il iş təcrübəsi;
  • Layihələrin idarə olunması üzrə təcrübə üstünlük hesab olunur;
  • Komanda idarəetməsi üzrə təcrübə;
  • “Layihələrin idarə olunması” alətlərindən istifadə təcrübəsi (Microsoft Projects, Microsoft Planner, Jira, Asana və s.);
  • “Microsoft Power Automate” və “Microsoft Power Apps” proqramlarından istifadə təcrübəsi arzuolunandır; 
  •  Microsoft Office proqramlarını bilmək;
  • Azərbaycan (səlis) və ingilis (yaxşı) dillərini bilmək;
  •  Nəticə yönümlü olmaq;
  • Analitik düşünmə qabiliyyəti;
  • Danışıqların aparılması bacarığı;
  •  Yaradıcı düşünmə;
  • ERP/BPM/SFA/WMS/TMS proqram təminatlarından istifadə təcrübəsi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes proseslərinin və layihələrin idarə olunması şöbəsinin müdiri” qeyd etməklə göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.  

İşəgötürənin reytinqi