Laboratoriya müdiri

İşin təsviri

Əmək funksiyası:

  • Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
  • Sudan keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
  • Laboratoriya təhlillərini aparılmasına və onun  nəticələrinin  təhlil jurnallarında qeyd edilmədinə nəzarət;
  • Uyğunsuz məhsul üzrə düzəliş hallarını həyata keçirilməsinə və təkrar yoxlanılmasına nəzarət;
  • Nümunələrin saxlanması təlimatına uyğun saxlanmasına nəzarət;
  • Sahənin qüvvədə olan standart və texniki şərtlərinə nəzarət etmək;
  • İş planına əsasən növbə ərzində edilən laboratoriya analizlərinin hesabatını hazırlamaq;
  • Daxili nizamnamə qaydaları və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri, öhdəlikləri vaxtında və  keyfiyyətlə yerinə yetirmək;
  • Analiz metodlarının müəyyən edilməsini, formaların tərtib edilməsini, iş təlimatlarının hazırlanmasını təşkil etmək;
  • Laboratoriya qeydlərinin yığılması, mühafizə edilməsi, gizli tutulması və arxivə göndərilməsini təmin etmək;
  • Laboratoriyanın akkreditasiya sənədlərini hazırlamaq və baş verən yeniliklərin həmin sənədlərdə əks olunmasını təmin etmək;
  • Laboratoriyada istifadə olunan ölçü vasitələrinin, cihazların vaxtaşırı dövlət sınağından və kalibrləmədən keçirilməsini təmin etmək;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görmək.

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır