İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mağazanın ümumi fəaliyyətinə rəhbərlik etmək və satış planlarının icrasını təmin etmək;
- Satış komandası ilə birlikdə müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
- Malların düzgün yerləşdirilməsi, stok idarəetməsi və sifariş prosesinə nəzarət etmək;
- Günlük, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
- Yeni məhsullar və aksiyalar barədə komanda və müştərilərə məlumat vermək;
- Şirkətin standart və qaydalarına uyğun iş proseslərini təşkil etmək.
Tələblər:
- Ali təhsil;
- Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində minimum 3 il təcrübə;
- Suvarma sistemləri və kənd təsərrüfatı avadanlıqları haqqında məlumatlı olmaq üstünlükdür;
- Komanda idarəetmə və satış bacarıqları;
- Məsuliyyətli, ünsiyyətcil və nəticəyə yönəlmiş iş prinsipi;
- Kompüter bilikləri (MS Office proqramları);
İş şəraiti:
- İş yeri: Abşeron Ticarət Mərkəzi;
- İş saatı: 6 gün (08:00–17:00);
- Rəsmi əmək müqaviləsi;
- Rəqabətədavamlı əməkhaqqı (müsahibə zamanı müəyyən olunur).
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mağaza müdiri – Abşeron” başlığı ilə göndərməyiniz xahiş olunur.