İşin təsviri
İş şəraiti
- Ünvan: Sumqayıt şəhəri
- İş qrafiki: 6 günlük
- Maaş: Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək
İş haqqında
Agrodrip Suvarma Sistemləri şirkəti olaraq Anbardar vəzifəsinə peşəkar və məsuliyyətli əməkdaş axtarırıq. Biz suvarma sistemlərinin layihələndirilməsi, satışı, quraşdırılması və servisi üzrə ixtisaslaşmışıq. Nizam-intizamlı, dəqiq və anbar idarəetməsində təcrübəyə malik mütəxəssisləri komandamıza qoşulmağa dəvət edirik!
Əsas vəzifələr
- Rəhbərliyin təlimatlarını dəqiq və qüsursuz yerinə yetirmək
- Anbara daxil olan malların qəbulu və çıxarılması zamanı dəqiqliklə yoxlanılması, sənədləşdirilməsi və elektron sistemə daxil edilməsi
- Məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik və təhlükəsiz şəkildə saxlanması, onlara asan çıxışın və sayımın təmin edilməsi
- Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və qüsurların vaxtında müəyyən edilməsi
- Rəhbərlik, satış komandası və texniki heyətlə əlaqəli şəkildə işləyərək məhsul ehtiyatlarının idarə olunması
- Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq, həmçinin müəyyən zaman aralığı üçün tələb olunduqda hesabatların hazırlanması
- Anbarın təmiz və səliqəli vəziyyətdə saxlanması
Tələblər
- Ali təhsil
- Anbar idarəetməsi sahəsində ən azı 5 il iş təcrübəsi
- 1C, Excel və ya digər anbar proqramlarında işləmək bacarığı
- Dəqiqlik və məsuliyyətli yanaşma
- Komandada işləmək bacarığı və operativ qərarvermə qabiliyyəti
- Anbar proseslərini yaxşı başa düşmək və qaydalara riayət etmək
İş şəraiti
- Stabil və uzunmüddətli iş imkanı
- Rəsmi əmək müqaviləsi və sosial təminat
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Müraciət:
Tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar“ yazaraq mail ünvanına göndərilməsi xahiş olunur.