Telesatış şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 17.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Müştərilərə çıxış zənglərinin edilməsi və məhsulun prezentasiyası;
  • Təqdim olunmuş skriptlərə uyğun danışığın aparılması;
  • Potensial müştərilərlə görüşün planlaşdırılması;
  • Satışdan sonra müştərilərə dəstək göstərilməsi;
  • Çarpaz satışların həyata keçirilməsi;
  • Müştəri kontaktlarının yüksək konversiya faizinin əldə olunması;
  • Müştəri bazasının genişləndirilməsi;
  • Zənglərin nəticələrinin qeydiyyata alınması;
  • Müştəri Xidmətləri standartlarına uyğun kommunikasiyanın qurulması;
  • Cəmiyyətə aid olan sosial şəbəkə üzərindən sığorta məhsulları ilə marağlanan şəxslərə məlumatın təqdim olunması.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
  • Kompüter bilikləri: MS Word: əla, MS Excel: orta , MS Outlook: əla , MS PowerPoint: orta
  • Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma. 

İmtiyazlar:Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi