Texniki dəstək üzrə mütəxəssis (İT Help desk)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın biznes prosesləri zamanı daxili istifadəçilərin istifadə etdiyi proqram təminatı ilə bağlı  yaranmış sorğuların qəbul edilməsi;
  • “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və icrası;
  • İnformasiya texnologiyaları istiqamətində texniki problemlərlə bağlı daxil olan müraciətlərin qəbulu, təhlili və həllinə dəstəyin göstərilməsi;
  • Avadanlığın və proqram təminatının quraşdırılması, yoxlanılması və konfiqurasiyası.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə arzuolunandır);
  • Aidiyyəti sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir (Bank sahəsi üzrə təcrübə arzuolunandır);
  • Kibana-da xətalarla bağlı sorğuların axtarışı və loglardan istifadə qaydası haqqında biliklər;
  • Grafana, PRTG, Sentry monitoring alətlərlə işləmək bacarığı;
  • Microsoft Active Directory & Group Policy üzrə biliklər;
  • Windows 10 əməliyyat sistemi ilə bağlı biliklər;
  • Şəbəkə və onun iş prinsipi ilə bağlı anlayışlar;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşüncə qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə Texniki dəstək üzrə mütəxəssis (İT Help desk) qeyd edərək 15 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi