Problemli kredit portfellərinin idarə edilməsi üzrə mütəxəssis

  • Rifah Group
  • Elanın qoyulma tarixi: 18.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Problemli kredit portfellərinə nəzarətin həyata keçirilməsi;
  • Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Gecikmədə olan müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, kompleks tədbirlərin həyata keçirilməsi;
  • Kredit ödənişlərinin həyata keçirilməsinin təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (hüquq təhsili olması üstünlükdür);
  • Problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandır;
  • Məhkəmə və icra orqanları ilə iş təcrübəsi arzu olunandır;
  • Tələbkarlıq, obyektivlik, məsuliyyətlilik, aktivlik;
  • Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı);
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • 6/7 iş qrafiki, iş vaxtı: 10:00-dan 18:00-dək ; 
  • Mobil nömrə şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Problemli kredit portfellərinin idarə edilməsi üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.