Təchizat üzrə mütəxəssis

  • Azinvest İnşaat
  • Elanın qoyulma tarixi: 15.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkətə və şirkətin layihələrinə lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;
  • Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
  • Alınacaq malların sifarişini hazırlayır və təchizat şöbə rəisinə  təqdim edir;
  • Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq qaimə- fakturanın göndərilməsini tələb edir;
  • Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırır;
  • Malların yüklənməsi, yola düşməsi tarixlərini və digər lazımi məlumatları aidiyyatı üzrə təqdim edir;
  • Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir;
  • Yükləmədən sonra malların lazımi keyfiyyət standartlarına cavab verən sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir;
  • Mallarda hər hansı bir çatışmazlıq (miqdar, çeşid, keyfiyyət) aşkar olunarsa aidiyyatı üzrə məlumat verməli və bağlanmış müqaviləyə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun tədbirlər görməlidir;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil etməlidir.

Tələblər:

  • Ali təhsil  ( Memarlıq və inşaat sahəsində ali təhsilli olması arzuolunandır);
  • Təchizat sahəsində iş təcrübəsi;
  • MS Excell, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumat;
  • Fəaliyyəti ilə əlaqədar dövlətlərarası və beynəlxalq müqavilələr haqqında məlumat;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Bizim təminatımız:

  • İş yeri: Bakı şərhəri Baş ofis
  • Əmək haqqı: 1200- 1500 AZN 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Təchizat üzrə mütəxəssis” yazaraq 01.11.2023- cü il tarixinədək göndərilməsi xahiş olunur.

Əlaqə nömrəsi: 055 211 1665

Azinvest İnşaat tərəfindən digər vakansiyalar