Marketinq mütəxəssisi

  • Leznik&Co
  • Elanın qoyulma tarixi: 25.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədin öhdəlikləri:

  • Sosial şəbəkələr üçün kontentin yaradılması və sorğuların cavablandırılması;
  • Postlar üçün foto və videoların çəkilişi;
  • Müvafiq bölmə üzrə zəif nöqtələrin aşkarlanması və onların aradan qaldırılması üçün düzləndirici fəaliyyətin tərtib və təşkil edilməsi;
  • Bazarın və aktual trendlərin analizi;
  • Satış bölməsi ilə birgə/əlaqəli fəaliyyətin göstərilməsi;
  • İnstagram üzərində gələn sorğuların cavablandırılması;
  • Həftəlik/aylıq reklam planının yaradılması;
  • Brendin tanınması və yeni auditoriyaya çatmaq üçün yeni layihələrin hazırlanması;
  • Korporativ əlaqələrin yaradılması və təşkili;
  • Dövri marketinq strategiyalarının müəyyən edilməsi (SWOT, PESTLЕ analizləri vasitəsi ilə);
  • Görülən iş və aşkarlanan problemlər barədə hesabatın tərtib edilməsi;
  • Rəqiblərin araşdırılması;
  • Korporativ saytın idarə edilməsi (müvafiq kontentin əlavə edilməsi, yenilənməsi, SEO-nun idarə edilməsi və s.);
  • Potensial müştərilərin axtarışı üçün yeni kanalların yaradılması;
  • Daxili və xarici marketinq tədbirlərinin təşkili və aparılması (promo-materiallar və xarici reklamlar).

Tələblər:

  • Ali təhsil;
  • Marketinq sahəsində bir ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək və qrammatik düzgün yazının olması;
  • Satış bacarığı;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Təşkilatçılıq qabiliyyəti;
  • Zamanın idarə olunması və ünsiyyət/kommunikasiya bacarıqları;
  • Stressə davamlılıq.

Təqdim etdiyimiz iş şərtləri:

  • Ofisdə individual iş yeri;
  • Stabil, gecikməyən əmək haqqı;
  • Mütəmadi təlimlər;
  • Professional karyera inkişafı üçün mükəmməl perspektiv; 
  • İş qrafiki: 6 günlük iş rejimi
  • I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı;
  • Əmək haqqı razılaşdırma ilə təyin edilir.

Maraqlanan şəxslər elektron məktub başlığında “Marketinq üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini mail ünvanına göndərə bilərlər.