Leznik&Co


‘‘Leznik & Co.’’ şirkəti 2017 – ci ildə ingilis dilində riyaziyyat və digər texniki fənlərin tədrisi üzrə ixtisaslaşan kurslar kimi təsis edilmişdir.

Bu gün ‘‘Leznik & Co.’’ üçün əsas prioritet abituriyentlərin ADA Universitetinə və ya ən çox tələb olunan xarici ali məktəblərə qəbul üçün hazırlanmasıdır. Buna görə şagirdlərimizin çoxu riyaziyyat və ingilis dilinin müxtəlif proqramları üzrə təhsil alır.

Buna baxmayaraq, kursların fəaliyyət spektri çoxşaxəlidir və aşağı sinif şagirdindən hər hansı təşkilatın əməkdaşına qədər ola bilən hər bir müştəri qarşısında duran vəzifələrdən asılı olaraq, biz bir sıra digər fənlər / proqramlar / dillər təklif edirik.

Məzunların nəticələri ‘‘Leznik & Co.’’ komandasının uğurunun əsas göstəricisidir ki, bu da öz işinə sadiqliyə və əməkdaşların həmrəyliyinə, eləcə də şagirdlərlə iş zamanı yüksək peşəkarlığa və fədakarlığa əsaslanan şirkət fəlsəfəsinə uyğun olaraq əldə edilir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?