Maliyyə Departamentin Müdiri

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 18.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil ( magistr dərəcəsi olması arzuolunandır);
  • Bank/sığorta sahədə ən azı 5-10 il iş təcrübəsi;
  • Ezamiyyətə gedə bilməli;

İş haqqında məlumat: 

  • Departamentin fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
  • Mövcüd qanunvericiliyin tələblərini əsas tutaraq maliyyə və uçot siyasətini formalaşdırmaq;
  • Hesabat dövründəki mövcud əmlakın, öhdəliklərin, kapitalın və digər hesablaşmaların inventarizasiyasının aparılmasını təmin etmək və onların nəticələrinin uçotda tam və düzgün əks etdirmək;
  • Sığorta əməliyyatlarının, gəlir və xərclərin, təkrarsığorta əməliyyatlarının davamlı olaraq uçot registrlərində düzgün və fasiləsiz qeydiyyatını əks etdirmək;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini vergi, mühasibat və idarəetmə uçotunuda düzgün formalaşdırmaq, büdcəyə nəzarəti həyata keçirməklə kənarlaşmalar barədə rəhbərliyi məlumatlandırmaq;
  • Cəmiyyətin tərəfdar olduğu daxili və xarici auditorlar ilə qarşılıqlı əlaqələri prosedur qaydalara uyğun olaraq həyata keçirmək;
  • İllik büdcənin bütövlükdə cəmiyyət üzrə yerinə yetirilməsinə operativ nəzarəti həyata keçirir və icrası barədə İdarə Heyətinə məlumat verir;
  • Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin icrasına nəzarət edir;
  • Departamentin əsasnaməsindən və daxili qaydalardan irəli gələn bütün vəzifələrin icrasını təmin edir;
  • Cəmiyyətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
  • Fəaliyyəti ilə əlaqədar digər struktur bölmələri əlaqəndirməni təşkil etmək;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Departamentin Müdiri” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi