Risk inzibatçılığı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qüvvədə olan Risklərin idarə edilməsi qaydalarına (proses, prosedur, təlimat və s.) uyğun olaraq Cəmiyyətin müxtəlif struktur vahidlərinin fəaliyyətindən irəli gələn əməliyyat və digər növ risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Risk hadisələri ilə bağlı məlumatların toplanılması, arxivləşdirilməsi və təhlil edilməsi;
  • Əsas risk göstəricilərin toplanılması və təhlil edilməsi;
  • Risklərin idarə edilməsi ilə bağlı müxtəlif hesabatların hazırlanması;
  • Risklərə qarşı görülən tədbirlərin hazırlanmasında iştirak, habelə həmin tədbirlərin cari statusu barədə məlumatların toplanılması;
  • Tapşırılmış istiqamətlər üzrə risklərin idarə edilməsi sahəsində araşdırmaların aparılması və hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Hüquq, Risklərin idarə edilməsi);
  • Avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı;
  •  Risklərin idarə edilməsi, audit, daxili nəzarət və ya data analitika sahəsi üzrə iş təcrübəsinin olması arzu olunandır;
  • Risklərin idarə edilməsi sahəsində müvafiq standartların (ISO 31000) tələblərini bilməli;
  • İngilis dili orta, Rus dili orta səviyyədə bilməli;
  • MS Office üzrə sərbəst, Power BI - yaxşı işləmə bacarığına malik olmalı;

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 30.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.